Yaroslavlda karton zavodunun anbarında güclü yanğın baş verib

29 Noyabr 2023 12:35 (UTC+04:00)

Yaroslavlda karton zavodunun anbarında güclü yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanğında 3 nəfər xəsarət alıb.

Ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının sahəsi 1500 kvadratmetrdir. Hadisə yerində 68 mütəxəssis və 23 texnika işləyir.