Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşəcəyi yer BƏLLİ OLDU

29 Noyabr 2023 12:20 (UTC+04:00)

Azərbaycan Baş nazirinn müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan noyabrın 30-da Karvansara (İcevan) və Qazax rayonları ərazisindəki sərhədyanı məntəqədə görüşəcək. SİA xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyası məsələləri müzakirə olunacaq.