Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək

29 Noyabr 2023 12:00 (UTC+04:00)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 8-də saat 10:00-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən SİA-ya bildirilib ki, vətəndaşlar dekabrın 5-dək Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin office@nculture.gov.az elektron poçt ünvanı, (036) 545 02 52, (036) 545 72 11 telefon nömrəsi vasitəsi qəbula yazıla bilərlər.