Ərdoğan bu gün Təhlükəsizlik Şurasını toplayır, Zəngəzur dəhlizi müzakirə olunacaq

29 Noyabr 2023 09:31 (UTC+04:00)

Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqazda və Zəngəzur dəhlizi ilə bağlı son durum müzakirə olunacaq. SİA xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə keçiriləcək toplantıda Qəzza zolağındakı vəziyyət, Fələstinə humanitar yardımların çatdırılması və terrora qarşı mübarizə əməliyyatları da müzakirə ediləcək.