İmişlidə ər arvadını bıçaqlayıb

29 Noyabr 2023 09:10 (UTC+04:00)

İmişlidə ər arvadını bıçaqlayıb. SİA-nın məlumatına görə, 1985-ci il təvəllüdlü İmişli rayonu, Cavadxanlı kəndində yaşayan Elməddin Qəhrəmanov arvadı, 1988-ci il təvəllüdlü Zəhra Qəhrəmanova ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncuya çoxsaylı bıçaq zərbələri endirib.

Faktla bağlı İmişli rayon polis şöbəsinin İstintaq bölməsində CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb, Elməddin Qəhrəmanov şübhəli şəxs qismində tutulub.