“Onların sayəsində 30 illik arzularımız çin olur” - LAÇIN SAKİNİ

29 Noyabr 2023 07:40 (UTC+04:00)

“Mən özüm qayıtmıram. Qohumlarımızı, qaynatamgili yola salmağa gəlmişik”. SİA xəbər verir ki, bu sözləri bu gün Laçına köç prosesi zamanı Keçmiş məcburi köçkün Baxşeyiş Muradov deyib.

O, sözlərinə belə davam edib: “Çox gözəl hisslərdir. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizi qorusun. Bu gün onların sayəsində 30 illik arzularımız çin olur. İnşallah, Allah növbəti mərhələlərdə bizə də Laçına dönməyi qismət etsin”.

Ayşən Vəli