İrem Dericiden azərbaycanlı müğənniyə etiraf

29 Noyabr 2023 01:38 (UTC+04:00)

Türkiyəli ulduz İrem Dericinin azərbaycanlı müğənni Ayaz Babayevlə bağlı açıqlaması gündəm olub. SİA xəbər verir ki, sənətçi onun səhnə aldığı məkanda qonaq olan Babayevi dinləyicilərinə təqdim edib: “Azərbaycanın məşhur müğənnilərindən, oranın Edisi Ayaz Babayev aramızdadır. Səni çox sevirəm, bilirsən də. Çox yaraşıqlısan. Səni Azərbaycan qızlarına yem etmərəm”.