Qadın minatəmizləyənlərə sertifikatlar təqdim olunub - FOTOLAR

28 Noyabr 2023 12:03 (UTC+04:00)

Qadın minatəmizləyənlərə sertifikatlar təqdim olunub. SİA xəbər verir ki, “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans çərçivəsində qadın minatəmizləyənlərin sertifikatlandırma mərasimi keçirilib.

Qeyd olunub ki, bu addım Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin gender bərabərliyinə verdiyi önəmi göstərir.