"Humanitar minatəmizləmə fəaliyyəti maliyyələşdirdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edirik”. SİA xəbər verir ki, bunu “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfransda Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.
“Bizim büdcəmizin 95 faizi hökumət tərəfindən maliyyələşdirilir, yalnız 5 faizlik bir göstərici beynəlxalq donorlar tərəfindən həyata keçirilir",-deyə S.Poladov bildirib.