Konsertlərin birində çıxış edən Maşa Rasputina jurnalistlərin suallarını cavablandırıb. Xüsusilə ondan mərhum Janna Friskeyə münasibətinin dəyişib-dəyişmədiyi soruşulub. Cavabında müğənni kobud şəkildə cavab verdi: Mən onun kim olduğunu bilmirəm.
Janna Friskenin atası Vladimir Borisoviç Maşa Rasputinanın mərhum qızına münasibətinin səbəbini müğənninin xarakterində görür.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Moskovski Komsomolets” xəbər verir.
...Mən heç vaxt Jannanın onun haqqında danışdığını eşitməmişəm. Amma bilirəm ki, Rasputina qızımın ölümündən sonra onu təhqir edib. Cünki o, elə də ağıllı adam deyil... Və özü haqqında çox yüksək fikirdədir. Təbii ki, onun sözləri məni əsəbləşdirdi. Üstəlik, Janna həyatında heç vaxt heç kimlə konflikt keçirmədi və kiminsə adını çəkmədi. O, çox yaxşı insan idi və bütün insanlarda yalnız müsbət cəhətləri görməyə çalışırdı.
Qeyd etdiyimiz kimi bunu Janna Friskenin atası Vladimir Borisoviç bildirib.
Yeri gəlmişkən, Rusiyanın pop müğənnisi, teleaparıcı və kino aktrisası olan Janna Friske 2015-ci ilin iyununda xəstəlikdən vəfat edib.
Nazlı