Moskva hava limanlarında normal rejim bərpa olunub

26 Noyabr 2023 20:16 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskva hava limanlarında əvvəllər tətbiq edilən məhdudiyyətlərdən sonra normal rejimdə iş bərpa olunub.

SİA TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Moskvanın bütün hava limanları – “Şeremetyevo”, “Domodedovo” və “Vnukovo” normal rejimdə işləyir.

Qeyd edək ki, hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınmışdı.