Hindistanda festivalda kütləvi dava olub - 4 tələbə ölüb, 60 yaralı var

26 Noyabr 2023 11:20 (UTC+04:00)

Hindistanda festivalda kütləvi dava olub. SİA-nın “Press Trust of India”-ya istinadən verdiyi xəbərə görə, hadisə Koçin şəhərində universitetdə musiqi festivalında baş verib.

Nəticədə ikisi qız, ikisi oğlan olmaqla 4 tələbə ölüb. Davada 60-dan çox tələbə xəsarət alıb, 4-nün vəziyyəti ağırdır.