Rusiyanın bir sıra aeroportları müvəqqəti olaraq bağlanıb

26 Noyabr 2023 08:06 (UTC+04:00)

Rusiyanın “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. SİA TASS agentliyinə istinadla xəbər verir ki, hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınıb.

Belə ki, ümumilikdə 7 reys təxirə salınıb, daha üçü ləğv edilib.

Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin dronlarla Moskvaya hücum cəhdlərinin olduğunu açıqlamışdı.