Minanın 20 min manatlıq klipi - VİDEO

26 Noyabr 2023 07:11 (UTC+04:00)

Müğənni Mina Hüseyn "Yağış" adlı növbəti klipini təqdim edib. SİA xəbər verir ki, ekran işi sənətçinin ən bahalı layihələrindən biridir.

Klipi ekranlaşdırmaq üçün Mina bütün çəkiliş qrupu ilə birlikdə Türkiyəyə yollanıb. Çəkilişlər İstanbul və Kapadokyada reallaşıb. Mahnının söz və musiqisi Kənan Əzimzadəyə aiddir. Klipin rejissoru Əli Qafarlıdır.