Şenol Günəş Azərbaycan millisinin baş məşqçisi ola bilər

26 Noyabr 2023 04:20 (UTC+04:00)

“Beşiktaş”dan ayrılan Şenol Günəş Azərbaycan millisini çalışdıra bilər. SİA-nın məlumatına görə, Türkiyə mətbuatının yaydığı xəbərə görə, Canni De Byazinin istefasından sonra yeni baş məşqçi axtarışında olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) rəhbərliyinin namizədləri arasında Şenol Günəş də var.

Qeyd edək ki, 71 yaşlı mütəxəssis 2002-ci ildə Türkiyə millisi ilə dünya çempionatında 3-cü yeri tutub.