Bred Pitt və Ancelina Colinin malikanəsi hərraca çıxarılacaq

25 Noyabr 2023 08:06 (UTC+04:00)

Hollivud aktyorları Bred Pitt və Ancelina Colinin Nyu Orleandakı malikanəsi hərraca çıxarılacaq. SİA xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.

Dekabrın 11-nə planlaşdırılan hərracda başlanğıc qiymət 5,35 milyon dollar olacaq.

Məşhur cütlük malikanəni 2007-ci ildə 3,5 milyon dollara alıb. Cütlük 2016-cı ildə mülkdən ayrılıb və iki il sonra boşanıblar. 2017-ci ildə əmlak təmir edilib.

Ev 1830-cu illərin Paris malikanələrini xatırladır.