Aqşin və Pərviz trendi ələ aldı

25 Noyabr 2023 08:49 (UTC+04:00)

Aqşin Fateh və Pərviz Bülbülənin ortaq layihəsi olan "Uşaq kimi” "youtube” trendlərini ələ alıb. SİA xəbər verir ki, sözləri Aqşinlə Pərvizə, musiqisi isə Arman Azizi və Saeid Dashtiyə məxsus bəstə Azərbaycan, Rusiya və Gürcüstan trendində ilk sıralara qədər yüksəlib.

Belə ki, mahnı Azərbaycan trendində 1-ci, Gürcüstan trendində 4-cü, Rusiya trendində isə 10-cu yerdə qərarlaşıb.