Qaradağda 17 yaşlı motosikletçi qəza törədib

25 Noyabr 2023 01:07 (UTC+04:00)

Bakının Qaradağ rayonunda 17 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. SİA xəbər verir ki, hadisə Sahil qəsəbəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Zərbəliyev Murad Maqsud oğlunun idarə etdiyi motosiklet hərəkətdə olan minik avtomobilinə çırpılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .