Aktyor Brüs Uillisin qızı Skaut LaRu demensiyadan əziyyət çəkən atası ilə bloqunda video yerləşdirib.
SİA-nın əldə etdiyi məlumata görə, videonu Life paylaşıb.
Portalın məlumatına görə, Uillis videonu ailəvi Şükran Günü şənliyi zamanı lentə alıb.
O, videoya "Sevgilim" şərhini yazıb.
Kadrlarda 68 yaşlı aktyorun stulda oturaraq qızının əlindən tutduğunu görmək olar. Eyni zamanda, onu tanıyıb-tanımadığı məlum deyil, sifəti heç bir emosiya ifadə etmir.
Xatırladaq ki, Uillisin frontotemporal demensiyası fevral ayında məlum olub. Hazırda sürətlə irəliləyən xəstəlik səbəbindən aktyor nə danışa bilir, nə də oxuya bilir.
Bundan əlavə, ötən həftə o, keçmiş həyat yoldaşı Demi Muru tanıya bilməyib.
Nazlı