Rusiya hökuməti hərbi qeydiyyat sahəsində dəyişiklikləri təsdiqləyib. Beləliklə, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2024-cü ildən etibarən 18 yaşdan 30 yaşadək kişilər hərbi xidmətə çağırılacaq. Qeyd edək ki, əvvəllər hərbi xidmətə çağırışın yuxarı həddi 27 yaş idi.
Hökumətin fərmanı Dövlət Duması tərəfindən qəbul edilmiş və Rusiya Prezidenti tərəfindən hələ yayda imzalanmış federal qanunun həyata keçirilməsi üçün zəruridir.
İlkin olaraq, rusların 18 yaşında deyil, 21 yaşında orduya getməsi üçün aşağı çağırış yaş həddinin artırılması da nəzərdə tutulurdu. Lakin ikinci oxunuşda bu təklif rədd edilib. Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bunu demoqrafik vəziyyətə görə orduya getdikcə daha az rusiyalının çağırılması ilə izah edib.
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra Rusiya hökuməti hərbi xidmətlə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər edib. Çağırışçılara müqaviləli xidmətə keçməyə hazırlığı başa vurduqdan sonra deyil, ilk gündən icazə verilir. Çağırış vərəqəsi ilə hərbi qeydiyyat və komissarlığa gəlməməyə görə cərimələr 10 dəfə artırılıb - üçdən 30 min rubla qədər.
Həbsxana və koloniyalarda cəza çəkən məhbuslar üçün xüsusi hərbi qeydiyyat rejimi tətbiq edilib - əvvəllər onların orduda xidmət etmək hüququ yox idi.
Ağasəf Babayev