Bakıda beynəlxalq futzal turniri keçiriləcək

24 Noyabr 2023 19:27 (UTC+04:00)

AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan beynəlxalq futzal turniri keçiriləcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, turnirdə Azərbaycanın, Belarusun və Mərakeşin 19 yaşadək futzalçılarından ibarət milli komandaları mübarizə aparacaqlar.

Noyabrın 26-da start götürəcək turnirə beş gün davam edəcək. Oyunlar Bakı İdman Sarayında təşkil olunacaq.

Turnirin təqvimi və oyunları idarə edəcək hakimlər müəyyənləşib.

26 noyabr

17:00. Azərbaycan – Belarus

Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Hidayət Feyzullayev, Anar Fərəcov

28 noyabr

17:00. Azərbaycan – Mərakeş

Hakimlər: Knyaz Əmiraslanov, Hacıəli Ağayev, Məmmədəli Kərimov, Hikmət Qafarlı

30 noyabr

17:00. Mərakeş – Belarus

Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Nahid Xasıyev, Ramil Namazov