Türkiyə Qəzzadakı vətəndaşlarını təxliyə etməyə davam edir

24 Noyabr 2023 11:44 (UTC+04:00)

Qəzzadan Misirə keçən 100 Türkiyə vətəndaşı və onların ailə üzvlərinin bu gün İstanbula gəlməsi planlaşdırılır.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, noyabrın 23-də 100 Türkiyə vətəndaşı ailələri ilə birlikdə Qəzzadan Misirə keçib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu gün Qəzzadan daha çox Türkiyə vətəndaşının təxliyyə ediləcəyi gözlənilir.