Uels şahzadəsi dünyanın ən seksual keçəl kişisi seçildi

24 Noyabr 2023 08:48 (UTC+04:00)

Uels şahzadəsi Uilyam dünyanın ən seksual keçəl kişisi seçilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Metro” şirkəti “Reboot” araşdırmasına istinadən məlumat yayıb. Reytinqləri tərtib etmək üçün keçəl məşhurlar haqqında "köynəksiz" və ya "çılpaq" sözlərini ehtiva edən onlayn axtarışların sayı hesablanıb. Bundan əlavə, üzün qızıl nisbət əmsalı, keçəl nöqtənin parlaqlıq səviyyəsi, boy kimi amillər nəzərə alınıb. Həmçinin iştirakçıların maddi vəziyyəti və sosial şəbəkələrdəki populyarlığı da mühüm rol oynayıb.

Araşdırma müəllifləri qeyd edib ki, Şahzadə Uilyam reytinqin digər iştirakçıları ilə müqayisədə nəinki ən seksual, həm də ən arzuolunan hesab olunur.

İlk 10-luğa Uilyamdan əlavə Vin Dizel, Ceyson Statham, Samuel L. Cekson, Ceff Bezos, Maykl Cordan, Dueyn Conson, Şemar Mur, Şaquil O'Nil və Terri Krus da daxil olub.