"Açıq-saçıq geyinib gələcəyəm sənin verilişinə” - APARICI

24 Noyabr 2023 07:44 (UTC+04:00)

Aparıcı Lətafət Ələkbərova qalmaqallı açıqlaması ilə gündəmə gəlib. SİA xəbər verir ki, aparıcı ən qısa zamanda bədənşəkilləndirmə əməliyyatı edəcəyini bildirib.

Elgiz Əkbərin etdiyi paylaşımda onun atmacalı sözləri də diqqətdən yayınmayıb. Lətafət Elgiz Əkbərə üzünü tutaraq: "Əməliyyat olunub, soyunacağam. Soyunmaq dəbdədir. Açıq-saçıq geyinib gələcəyəm sənin verilişinə” sözlərini deyib. Onun bu açıqlaması studiyada əyləşən digər ekspertlərdə çaşqınlıq yaradıb.