Əməkdar artist Cavanşir Məmmədov ona hədiyyə edilən qızılları efirdə nümayiş etdirib. SİA xəbər verir ki, müğənni "Rəngarəng səhər" verilişinə zinət əşyalarını gətirib və onlardan söz açıb: "Qızıl mikrofonu mənə iş adamı Vəli Məmmədov hədiyyə edib. Əmrahla Bakıda konsertimiz var idi. Birini türk müğənnisi Əmraha, birini də mənə verdi. Əmrah 46 min dollara Bakıya gəlmişdi. İndi Əmrah haradadır? Oxumur, amma Cavanşir Məmmədov buradadır. İndi Vəli mənim qudamdır. Digər qızılımı isə Xalq artisti İlhamə Quıliyeva bağışlayıb. Bunların hamısını mənə sənətimə və özümə görə bağışlayıblar. Acından ölsəm də, bunları satmaram".