Valeriya və İosif Priqodinin uçduğu Çelyabinsk reysi hava şəraiti ilə əlaqədar gecikmə ilə “İqor Kurçatov” hava limanına enib.
Təyyarə Ural dağları üzərində dövrə vurub və planlaşdırılan vaxtdan xeyli gec yerə enib.
“Çovğun, külək. Yarım saatdan sonra enə bildik”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “74.ru” saytı Priqojindən sitat gətirib.
Saytda bildirilir ki, prodüseri və həyat yoldaşını daşıyan təyyarə Ural dağları üzərində dövrə vuraraq cəmi 5 dəqiqə sonra yerə enib. Qeyd edək ki, müğənni Valeriya Çelyabinsk Opera Teatrında konsert verəcək.
Bundan əvvəl sinoptiklər noyabrın 21-dən bölgəyə güclü külək və qar yağacağı barədə xəbərdarlıq etmişdilər. Meteoroloqların məlumatına görə, rayonda pis hava şəraiti noyabrın 24-dək davam edəcək.
Nazlı