Ağırlıqqaldıranımız dünya birinciliyində 5-ci yeri tutdu

23 Noyabr 2023 11:49 (UTC+04:00)

Azərbaycan ağırlıqqaldıranı Əli Şükürlü Meksikanın Qvadalaxara şəhərində keçirilən gənclər arasında dünya birinciliyində 5-ci yeri tutub. SİA xəbər verir ki, 109 kq çəki dərəcəsində mübarizə aparan idmançı 360 kq (164+196) nəticə göstərib.

Qeyd edək ki, dünya birinciliyində 70-ə yaxın ölkədən 310 (171 kişi + 139 qadın) atlet çıxış edib.