Qusar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub

23 Noyabr 2023 11:21 (UTC+04:00)

Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə təyinat olub. SİA-nın Şimal bürosunun məlumatına gorə, bu vəzifəni Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının keyfiyyətə nəzarət sektorunun müdiri Pərviz Məhsimov icra edəcək.

Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev bu il avqust ayının 31-də ürəktutmasından vəfat edib.