Hamının gözlədiyi funksiya “iPhone 16”da olmayacaq

22 Noyabr 2023 23:53 (UTC+04:00)

Gələn ilin əsas “iPhone” modelləri hələ də yalnız 60Hz ekranlar təklif edəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Android smartfonları, hətta büdcə seqmentində belə , uzun müddət daha hamar displeylərlə təchiz olunur. Ancaq əsas “iPhone” modellərinin sahibləri hələ də standart 60Hz ilə kifayətlənməlidirlər. Bildirilir ki, bu “iPhone 16”nın buraxılması ilə dəyişməyəcək.

“iPhone” modelləri 120 Hz displeylərə dəyişdirmək planları ilə bağlı şayiələr “iPhone 14” günlərindən bəri yayılır. Ancaq hələ ki, “iPhone 16” və “16 Plus” displeylərinin çərçivə yeniləmə tezliyi 60 Hz-də qalacaq.