Hazırda dünyada ən yüksək temperatur Braziliyada 44,8°C qeydə alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin bəzi bölgələri istidən əziyyət çəkir.
Rekord göstərici Minas-Jerais ştatının cənub-şərqindəki Arasuay şəhərində qeydə alınıb. Hökumət qurumu bildirib ki, 44,8°C maksimum temperatur ölkədə 2005-ci ildə müəyyən edilmiş 44,7°C-lik əvvəlki rekordu qırıb.
Qeyd edək ki, belə intensiv istilik iqlim dəyişikliyi ilə əlaqələndirilir. Yerli sinoptiklər bu həftə istilərin azalacağını bildirirlər.