AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası başlayıb

22 Noyabr 2023 10:14 (UTC+04:00)

AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası başlayıb. SİA xəbər verir ki, İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etmirlər.

İclasın gündəliyinə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.