Mehriban Xanlarovanın baş rol aldığı türk serialının çəkilişləri başladı - FOTO

22 Noyabr 2023 04:50 (UTC+04:00)

Xəbər verdiyimiz kimi Əməkdar artist Mehriban Xanlarova Türkiyə istehsalı olan "Simuzər" adlı serialda baş rollardan birinə dəvət alıb. SİA xəbər verir ki, Türkiyəyə yollanan ulduzun çəkilişləri artıq başlayıb. Bu barədə sənətçi özü instaqramda məlumat yayıb və hazırlıqdan foto paylaşıb.

Lakin əməkdar artist serialın nə vaxt yayımlacağı və tərəf müqabilləri haqqında heç bir məlumat verməyib.