Dünyanın ikinci ən böyük kanyonunun Türkiyədə olduğunu bilirsinizmi?
Türkiyənin Şərqi Anadolu bölgəsindəki Ərzincan şəhərinin Kemaliye rayonunda yerləşən ''Karanlık kanyonu'' dünyanın ikinci ən böyük kanyonu ünvanına malikdir. ''Karanlık kanyonu'' həm də dünyanın ən təhlükəli yollarından biri hesab edilir. Dünyanın ən təhlükəli və çətin yollarını sıralayan xarici internet saytında “dünyanın ən təhlükəli yolu” adlandırdığı Ərzincancandakı ''Karanlık kanyonu''ndakı daş yolunun Çindəki ''Quolianq'' tunelindən də təhlükəli olduğu bildirilib. 500-600 metr yüksəkliyindəki sıldırım divarlara malik olan kanyon birbaşa günəş işığı görmədiyi üçün ''Karanlık kanyon'''u adlandırılıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Keban bəndi tikildikdən sonra sular 80 metrə qədər yüksələrək kanyonu indiki möhtəşəm və heyranedici görünüşünə çevirib.
''Karanlıq kanyonu''nun tikintisinə 1870-ci ildə o dövrdə bölgədə yaşayan yerli əhali tərəfindən başlandığı düşünülür. 2002-ci ildə dövlətin dəstəyi ilə genişləndirilib və nəqliyyat vasitələrinin istifadə edə biləcəyi hala gəlib. Yəni ''Karanlık kanyonu''nun tikintisi düz 132 il davam edib. ''Karanlık kanyonu''nun ilk olaraq yüksək dağları keçmək və heyvanlarını otarmaq istəyən insanlar tərəfindən əl alətləri ilə illərlə qazılaraq açıldığı düşünülür.
Tunel dağın ön tərəfindәn başlayır və 7 kilommetrdən sonra bitir. Bəzi yerlərdə hava dəliklərinin olduğu müşahidә olunur. Kanyonun suyla birlәşәn hissəsinin uzunluğunun təxminən 9 km olduğu bildirilir. Bu gün kanyon coğrafi quruluşu və təbii gözəllikləri ilə hər il bir çox adrenalin sevən yerli və xarici turistlərin diqqətlərini cəlb edir. Kanyonda qayıq turları və kanoe kimi turistləri cəlb edən turlar hәyata keçirilir. Bundan əlavə, kanyonun yerləşdiyi Kemaliye rayonunda hər il Beynəlxalq Ərzincan Kemaliye Mədəniyyət və Təbiət Festivalı keçirilir. Rayondakı başqa tarixi mәkanlar də son dərəcə maraqlıdır. Çünki qədim zamanlardan bəri bir çox sivilizasiyalara ev sahibliyi edən bölgənin zəngin tarixi keçmişi var.