"Duzdağda kinoteatr, gözəllik salonu, restoran yaradılacaq" - NAZİR BİLDİRİB

21 Noyabr 2023 17:32 (UTC+04:00)

"Duzdağ Allahın bizə bəxş etdiyi bir nemətdir. Biz də bu nemətdən kifayət qədər yararlanmağa çalışırıq. Bizim burada Duzdağ Fizioterapiya Mərkəzimiz var. Hansı ki orada 474 çarpayı mövcuddur. Bu mərkəzdə kinoteatr, konfrans zalı, uşaq oyun parkı, gözəllik salonu, restoran, meditasiya ərazisi, mağaza, duz muzeyi və duz üzərində ayaqyalın yerimək üçün cığırların yaradılması ilə layihələndirmə işlərinə başlamışıq. Növbəti ilin əvvəlində bu prosesin həyata keçirilməsi ilə bağlı tender elan olunacaq. İlin ortasına yaxın bu məsələləri həyata keçirəcəyik". SİA xəbər verir ki, bu sözləri Naxçıvanın səhiyyə naziri jurnalistlərlə görüşündə Samiq Sadıxov deyib.

"Bununla yanaşı Duzdağın dünya üzrə tanıdılması üçün iki beynəlxalq quruma sertifikat üçün müraciət etmişdik. Onlardan birindən artıq sertifikat almışıq. Digər qurumdan sertifikat almaq 1 illik prosesdir. İldə üç aydan bir olmaqla 4 dəfə yoxlamalar aparmaqla proses həyata keçiriləcək. Bu baş tutduqdan sonra beynəlxalq əhəmiyyətli pulmonoloq və allerqoloqların konfransını keçirməklə Duzdağın tanıdılması yönündə addımlar atacağıq",- deyə o əlavə edib.

Ləman Sərraf