İsrail Livan sərhədində mülki avtomobilə atəş açıb

21 Noyabr 2023 16:36 (UTC+04:00)

İsrail ordusunun Livanın cənubunda sərhəd bölgəsində mülki avtomobili vurması nəticəsində ölən və yaralananların olduğu bildirilib. SİA xarici mətbuata istinadən bildirir ki, İsrail qüvvələri Livanın cənubundakı Qalayla və Əl-Şaaytiya qəsəbələri arasındakı yolda mülki avtomobili hədəfə alıb. Maşında ölən və yaralanan mülki şəxslərin olduğu qeyd edilib.

İsrailin 8 oktyabrdan bəri Livana hücumları nəticəsində 3-ü jurnalist, 3-ü uşaq olmaqla ümumilikdə 20 mülki vətəndaş həyatını itirib.

Quliyeva Özləm