“Tolgshow” “Berqa” ilə xoş əhval yaratdı - FOTO

21 Noyabr 2023 16:17 (UTC+04:00)

Türkiyənin məşhur komediya ustası, aktyor Tolqa Çevik “Berqa” markasının dəstəyi ilə Bakıda “Tolgshow” adlı şousu ilə çıxış edib. SİA xəbər verir ki məşhur “Arkadaşım” obrazı ilə milyonlarla izləyicinin sevimlisinə çevrilən Tolqa Çevik tamaşaçıları qarşısında çıxış edərək onlarda xoş əhval yaradıb. Bununla yanaşı şou proqramda “Yönetmen” obrazını canlandıran Fırat Parlakhəmçinin “Minik” ləqəbli musiqiçi Özer Atikinin də müşayiəti ilə tamamilə improvizasiya edilən şou, “Berqa” markasının dəstəyi ilə Bakı Konqres Mərkəzində baş tutub.

Qeyd edək ki, istehlakçıların sevimli markası olan “Berqa” mütəmadi olaraq müxtəlif əyləncə tədbirləri və konsert proqramlarına dəstək verərək çay sevərlərdə xoş əhval yaradır.