Azərbaycan yığmasının oyunlarının yeri və başlama saatı açıqlanıb

21 Noyabr 2023 15:51 (UTC+04:00)

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Kipr və Farer adaları seçmələrinə qarşı keçirəcəyi oyunların məkanı və başlama vaxtı məlum olub. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Kipr yığması ilə dekabrın 1-də Limassoldakı eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Farer adaları ilə noyabrın 5-də “Dalğa Arena”da reallaşacaq görüşün start fiti isə saat 19:00-da veriləcək.