Bayden 81 yaşını 81 şamla qeyd edib

21 Noyabr 2023 15:07 (UTC+04:00)

ABŞ-ın ən yaşlı prezidenti Co Baydenin 81 yaşı tamam oldu. SİA xarici mənbələrə istinadən xəbər verir ki, ABŞ tarixinin ən yaşlı prezidenti, yaşı və sağlamlıq vəziyyəti daim gündəmdə olan Bayden dünən 81 yaşını qeyd edib.

Bayden həmçinin yeni ad günü üçün tortun üzərində 81 şam üfürüb. "Threads" sosial media platformasında ilk paylaşımını edən Bayden, "81 yaşım tamam oldu və məndə olan tək şey yeni sosial platforma idi!" deyib.

Bayden ilk paylaşımını edərkən "Hər kəsə xoş arzuları üçün təşəkkür edirəm" yazıb. Digər tərəfdən isə amerikalılar yaşına görə ABŞ-da müzakirə mövzusu olan Baydenin ikinci müddətə seçilməsindən narahatdırlar. Yenidən seçilərsə, Bayden ikinci prezidentlik müddətinin sonunda 86 yaşında olacaq.

Ağ Evdən verilən açıqlamada Ağ Evin mətbuat katibi Jan-Pyer "Biz onu yaşına görə deyil, etdiklərinə görə mühakimə etməliyik" deyib.

Özləm Quliyeva