Boşnak tarixçi Heydər Əliyev haqqında kitab yazdı

21 Noyabr 2023 13:45 (UTC+04:00)

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə boşnak tarixçi Admir Lisitsa Ümummilli Lider haqqında kitab yazıb. SİA-nın xəbərinə görə, kitab Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin sifarişi əsasında hazırlanıb.

Məlumata əsasən, əsər bu günlərdə Sarayevo nəşriyyatlarının birində nəfis şəkildə çap olunub.

Səfirlik dekabrın 13-də Universitet kitabxanasında dərcin təqdimat mərasimini keçirməyi planlaşdırır.