“O idi, amma keçib getdi..?”

21 Noyabr 2023 13:18 (UTC+04:00)

Hə, deməli belə...

Amma yox?

Beləliklə, Alla Puqaçovaya edilən hücumlardan sonra, deyəsən, növbə indi də onun sovet səhnəsindəki əbədi rəqibi - Sofiya Rotaruya çatıb.

Bəli, deyilənlərə görə, Krımda müğənnidən onun otelini - Yaltadakı Villa Sofiyanı (...olur də, görünür rusiyalı siyasilərdən, kiminsə xoşuna gəlib-A.B.) ala biləcəklərini deyirlər..

Yenə də deyilənlərə görə, bəzi siyasi məmurlar bunun üçün əntiqə bir əsas da gətirirlər. Belə ki, onlar Rotarunun “yarımadanın sakinləri üçün yaxşı heç nə etmədiyini” iddia edirlər.

Bəli, sovet dövründə sizin kurort yarımadanız dinamiklərdən səslənən Rotaru mahnılarından ayrılmaz idi.

Ancaq indi, görünür, yenə də onu necə deyirlər... “o idi, amma keçib getdi..?”.

Nazlı