Bu gün bu rayonda qaz olmayacaq

21 Noyabr 2023 07:17 (UTC+04:00)

"Əhmədbəyli" ölçü qovşağından qidalanan orta təzyiqli xətt üzərində qaz tənzimləyici qurğunun quraşdırılması ilə bağlı 21.11.2023-cü il tarixdə saat 10:00-dan işlər başa çatanadək adıçəkilən ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Bu barədə SİA-ya "Azəriqaz" İB-dən bildirilib.

Təmir-quraşdırma işləri görülən müddətdə Füzuli rayonunun 13 qəsəbəsinin və 10 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.