Castin Britni Spirsi məhkəməyə verir

21 Noyabr 2023 07:10 (UTC+04:00)

Məşhur amerikalı müğənni Castin Timberleyk həmkarı Britni Spirsi məhkəməyə verməyə hazırlaşır. SİA xəbər verir ki, buna səbəb Britninin xatirələr kitabında 19 yaşında olarkən eşq yaşadığı Castindən hamilə qaldığını və uşağı tələf etdirdiyini etiraf etməsi iddiasıdır.

Bu səbəbdən Castin sosial media hesabında şərh bölmələrini bağlamaq məcburiyyətində qalıb. Hətta o, təhdidlərə görə bir neçə çıxışını ləğv etməli olub. Həm maddi baxımdan itkilərlə qarşılaşan, həm də reputasiyasına dəyən ziyana görə, o, Britnini məsuliyyətə cəlb etmək istəyir.

Qeyd edək ki, cütlük 1999-2002-ci illərdə eşq yaşayıb. O zaman Britninin 17, Castinin isə 18 yaşı var idi. Ayrılıq Britninin xəyanəti səbəbindən baş vermişdi. Timberleyk hazırda aktrisa Cessika Billə evlidir. Cütlüyün iki övladı var.