45 yaşlı müğənni xərçəngdən vəfat etdi

21 Noyabr 2023 06:43 (UTC+04:00)

Uzun müddətdir beyin şişindən müalicə alan məşhur müğənni vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 1994-cü ildə Dublində keçirilən Eurovision Mahnı Müsabiqəsində Portuqaliyanı "Chamar a Musica" mahnısı ilə təmsil edən 45 yaşlı müğənni Sara Tavares vəfat edib.

Müğənni uzun müddət idi ki, beyin xərçəngindən əziyyət çəkirdi.

Qeyd edək ki, 1994-cü ildə müğənni Eurovision mahnı müsabiqəsində 8-ci yeri tutub. Bu, Portuqaliyanın müsabiqədəki ən uğurlu nəticələrindən biridir.