Zeynəb şərt qoydu

21 Noyabr 2023 06:12 (UTC+04:00)

"Maqazin plus” verilişinə danışan Zeynəb Həsəni yenidən qalmaqallı açıqlamaları ilə həmkarlarını qəzəbləndirəcək. SİA xəbər verir ki, müğənni Vəfa Şərifova ilə aralarındakı soyuq münasibətlərdən danışıb:

"Vəfa Şərifova və Nəfəs ilə eyni məclisdə ola bilərik. Amma onlarla birlikdə canlı oxumaq, birlikdə ifa etmək istəmirəm. Ürəyimdə necədirsə, mən üzdə də eləyəm. Küsəmsə necə deyə bilərəm ki, birlikdə ifa edək? Bunu etsəm mən artıq maskalanmış oluram. Mən bilirəm ki, heç o xanım da mənimlə birlikdə ifa etməz. İki qat ödəniş belə versələr, mümkün deyil. Hətta olub da. Mən dedim ki, seçim edin ya onlar ya mən”.