"Aldatmak"ın aktyoru vəfat etdi

21 Noyabr 2023 03:40 (UTC+04:00)

"Aldatmak" serialının aktyoru Ömər Karanlık ötən gün səhər saatlarında vəfat edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, 65 yaşlı sənətçinin ölümünə səbəb noyabrın 19-da keçirdiyi infarkt olub.

Qeyd edək ki, Ömər Karanlık "Muhteşem Yüzyıl", "Baba", "Kırmızı Oda", "Söz" kimi məşhur seriallarda rol alıb.