Qəzzadan 60-dan çox insan müalicə olunmaq üçün Türkiyəyə gətirildi

21 Noyabr 2023 04:19 (UTC+04:00)

Qəzza zolağından 61 xəstə və onu müşayiət edən 49 nəfəri daşıyan təyyarə Misirdən Türkiyəyə gəlib. SİA-nın məlumatına görə, onları Ankara hava limanında Türkiyənin Səhiyyə naziri Fahrettin Koca qarşılayıb

Nazir bildirib ki, xəstələrin müalicəsi paytaxtın "Bilkent" və "Etlik" xəstəxanalarında aparılacaq.

Əksəriyyəti xərçəng xəstələri olan xəstələr ölkə Milli Müdafiə Nazirliyinin hərbi-nəqliyyat təyyarəsi ilə Türkiyəyə aparılıb.

Fahrettin Koca xatırladıb ki, daha əvvəl 27 xəstə və 13 müşayiətçidən ibarət Qəzza sakinlərin ilk qrupu müalicə üçün Türkiyəyə gəlib.