"Rusiya məğlub edilməsə, yenidən hücuma keçəcək..."

20 Noyabr 2023 22:33 (UTC+04:00)

...Ukraynanın dəstəyi göz qabağındadır. Mən güman edirəm ki, Polşa hakimiyyəti, hansı siyasi düşərgədən olmasından asılı olmayaraq, tamamilə Polşa və Avropanın maraqlarına uyğun olaraq həyata keçirilən bu siyasəti davam etdirəcək.

Deməli, SİA-nın əldə etdiyi məlumata görə, bunu Polşa prezidenti Andjey Duda bildirib.

Jurnalistlər ondan NATO-nun şərq cinahındakı ölkələr özünü effektiv şəkildə müdafiə etməyə davam edə bilməsi üçün Ukraynaya dəstəyi artırmalıdırmı?-deyə soruşublar.

Polşa prezidenti Rusiyanın məğlub olmayacağı təqdirdə, yenidən hücuma keçəcəyini deyib.

“Şübhəmiz yoxdur ki, bu gün Ukrayna bizim təhlükəsizliyimizin taleyinin təhlükə altında olduğu bir yerdir”.

Bunu deyən Duda xatırladıb ki, Polşa artıq Ukraynaya 300-dən çox tank, 100-dən çox zirehli texnika, yüz minlərlə silah və sursat, eləcə də saysız-hesabsız zireh, dəbilqə və texnika göndərib.

Yeri gəlmişkən, alman analitikləri bu yaxınlarda bildirdilər ki, Rusiya lideri Vladimir Putinə ordusunu yenidən qurmaq və NATO-ya hücum etmək üçün altı ilə qədər vaxt lazım ola bilər.

...Və oktyabrın əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin “dondurulmasına” imkan verilməməlidir, əks halda təcavüzkar ölkə 2028-ci ilə qədər hərbi potensialını bərpa edə biləcək və digər ölkələrə hücum etməyə çalışacaq.

Ağasəf Babayev