FIFA "Barselona"ya kompensasiya ödəyəcək

20 Noyabr 2023 21:54 (UTC+04:00)

"Barselona" klubu FIFA-dan kompensasiya alacaq.

SİA-nın əldə etdiyi məlumata görə, FIFA zədələnmiş Qaviyə görə "Barselona"ya təxminən 4-5 milyon avro kompensasiya ödəyəcək.

Qeyd edək ki, ispan futbolçu Gürcüstan millisinə qarşı oyunda sıradan çıxmışdı.