Ərdoğan Ermənistana məsləhət verib...

20 Noyabr 2023 22:07 (UTC+04:00)

Ermənistan öz təhlükəsizliyini minlərlə kilometr uzaqda deyil, qonşuları ilə əməkdaşlıqda axtarmalıdır.

SİA TASS-a istinadən xəbər verir ki, bu çağırışla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Onun fikrincə, bəzi Qərb dövlətləri Qarabağ münaqişəsinin regionda yeni era açdığını hələ də dərk etmirlər.

“...Ermənistan xalqı və onun rəhbərliyi təhlükəsizliyi regiondan minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdır. Qərb ölkələrinin göndərdiyi heç bir silah və sursat sabit sülh və təhlükəsizlik mühitini təmin edə bilməyəcək”, - deyə Ərdoğan bildirib.

O əlavə edib ki, Ermənistanın təxribatlarından “icarə” alanlar “ən çox ermənilərə ziyan vurublar”. Bunun fonunda Ərdoğan “İrəvanı azərbaycanlı qardaşlarının ona uzatdığı dostluq əlini tutmağa çağırıb”.

Daha əvvəl bildirilmişdi ki, Bakı iki aydan çoxdur ki, Ermənistanın sülh müqaviləsi ilə bağlı təkliflərə cavabını gözləyir. Bunun səbəblərindən biri kimi Fransa da daxil olmaqla “pis məsləhət” göstərilib.

Nazlı