HƏMAS Təl-Əvivə ağır raket zərbələri endirib

20 Noyabr 2023 21:27 (UTC+04:00)

Noyabrın 20-də Fələstinin radikal HƏMAS hərəkatı oktyabrın 7-də hərbi əməliyyatlar başlayandan bəri İsrailin Təl-Əviv şəhərinə ən ağır raket zərbələri endirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ərəb telekanalları “Al Arabiya” və “Al Mayadeen” məlumat yayıb.

Qeyd olunub ki, İsrailin mərkəzində yerləşən bir neçə şəhər raket atəşinə tutulub.